Ərdoğan iki sənətçiyə siqareti tərgitməyi tapşırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ad günü ilə əlaqədar bir çox sənətçi onun İstanbuldakı imarətinə gedib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanla sənətçilər arasındakı görüşdə maraqlanlı anlar yaşanıb. Görüşdə iştirak edənlərdən biri də Sibel Can olub.

Məşhur müğənninin sözlərinə görə, söhbət zamanı Ərdoğan iki sənətçiyə - Yavuz Bingöl və Çingiz Qurdoğluya siqareti tərgitmələrini xahiş edib.

Ərdoğan onlara Sibel Canı nümunə göstərib: "Baxın, Sibel həyatı böyunca heç siqaret çəkməyib".