Saakaşvili baş verən qarşıdurma ilə əlaqəsi olmadığını bildirdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna parlamenti qarşısında baş verən qarşıdurmada onun tərəfdarlarının iştirak etmədiyini bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna parlamentinin qarşısında polislə etirazçılar arasında qarşıdurma baş verib. Ukrayna DİN-in bildirdiyinə görə, olay zamanı 10 polis yaralanıb.

Saakaşvili isə Facebook səhifəsində yazıb ki, onun tərəfdarlarının bu olaylarla heç bir əlaqəsi yoxdur.