- Köhnə - Dünya
- 27 Fevral 2018 16:54
- 3 404
Polisə pivə təklif etdi və...
Rusiyada bir nəfər polisə 39 şüşə pivəni rüşvət kimi verməyə cəhd edib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Samara şəhər sakini polislərə 39 şüşə pivəni rüşvət kimi təqdim edib, lakin ona cinayət işi açılıb.
Belə ki, o məsuliyyətə cəlb olunmamaq üçün polisə 10 min rubl nağd pul və 39 şüşə pivə təklif edib. Lakin etdiyi hərəkət onu əleyhinə olub və Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsilə ittiham olunub.
.