Belarusiya prezidenti Aleksandr Lukaşenko Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Belarusiya prezidenti Aleksandr Lukaşenko Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Paşinyan Lukaşenko ilə görüşdü

Belarusiya prezidenti Aleksandr Lukaşenko Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko görüşdə Ermənistanla ölkəsinin heç bir problemi olmadığını və bundan sonra da olmayacağını deyib:

“Çox yaxşıdır ki, Ermənistan bunu mənim öz dilimdən eşitdi. Belarusiya erməni xalqına qarşı xoş münasibətdədir”.

Lukaşenko Paşinyanla İrəvandakı vəziyyəti müzakirə edərkən Ermənistana belaruslu jurnalistlərin göndəriləcəyini vəd edib:

“Sizə söz verirəm, erməni xalqına qarşı siyasətimiz və münasibətimiz dəyişməyəcək”.

AzNews.az