“Çox vacib görüşlər keçirmək üçün Avropaya gedirəm” - Netanyahu

“Mən çox vacib görüşlər keçirmək üçün Avropaya gedirəm”.

“Report” İsrail KİV-nə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu Qərbi Avropa ölkələrinin liderləri ilə görüşmək üçün Berlinə yola düşməmişdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropanın üç dövlətinin liderləri ilə iki məsələni müzakirə edəcək: “Birincisi, nüvə proqram ilə bağlı İrana təzyiqlərin davam etdirilməsidir. Hesab edirəm ki, təzyiqləri gücləndirmək lazımdır. Fikrimcə, bu məsələ ilə bağlı saziş, razılaşma mövcud deyil. Ancaq zamanla bu məsələ ilə bağlı anlaşma olacaq. İkinci məsələ, İranın bölgədə təcavüzünün qarşısının alınmasıdır."

Baş nazirin Böyük Britaniya, Fransa və Almaniyanın lideriləri ilə görüşəcəyi gözlənilir.

AzNews.az