- Köhnə - Dünya
- 5 İyun 2018 10:58
- 3 646
Təyyarədə bomba həyəcanı...
Təyyarənin göyərtəsində bomba olması barədə zarafatdan sonra sərnişinlər təyyarənin qanadı üzərinə tullanıblar.
AZƏRTAC “www.asiaone.com” saytına istinadla xəbər verir ki, hadisə İndoneziyada “Lion Air” şirkətinə məxsus uçuşa hazırlaşan təyyarədə baş verib.
Göyərtə bələdçilərinə qəzəblənən sərnişin onlara təyyarənin salonunda bomba gizlədildiyini deyib. Bomba sözünü eşidən sərnişinlərdən biri qəza qapısını açaraq təyyarənin qanadına tullanıb. Təlaşa düşən digər sərnişinlər də onun ardınca təyyarənin qanadı üzərinə tullanıblar və nəticədə bir neçə nəfər xəsarət alıb.
Aeroportun rəhbərliyinin bildirdiyinə görə, zarafat edən şəxs təyyarədən endirilib. Bundan əlavə, qəza qapısını açan sərnişinin də bu addımının qanunsuz olduğu bildirilir. Hadisənin hər iki səbəbkarı həbs edilib və onları 8 ilədək həbs cəzası gözləyir.
AzNews.az