Mariano Raxoy siyasətdən getdiyini bəyan etdi

Bir neçə gün əvvəl parlamentdəki müxalifətin təşəbbüsü ilə ölkənin baş naziri vəzifəsindən uzaqlaşdırılmış Mariano Raxoy İspaniyanın Xalq Partiyasının lideri vəzifəsindən də istefa verib.

AZƏRTAC xəbər verir ki, partiya rəhbərliyindən istefasını açıqlayan Mariano Raxoy göz yaşlarını saxlaya bilməyib və ümumiyyətlə siyasətdən getdiyini bəyan edib. Xalq Partiyası keçid dövrü elan edərək növbəti qurultayını keçirəcək və yeni lider seçəcək.

Mariano Raxoy 2003-cü ildə Xalq Partiyası lideri seçilmişdi. Onun rəhbərliyi ilə partiya 2004-cü və 2008-ci illərdəki seçkilərdə məğlub olub, 2011-ci, 2015-ci və 2016-cı illərdə isə qələbə qazanıb. Nəticədə İspaniya hökuməti 7 il Mariano Raxoyun rəhbərliyi altında fəaliyyət göstərib.

AzNews.az