Çində maşın partladı - 11 nəfər öldü

Çinin Liaonin vilayətində tezalışan və partlayıcı maddə tərkibli yük daşıyan avtomobilin partlaması nəticəsində 11 nəfər ölüb, 9 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə Bensi şəhəri yaxınlığındakı dəmir filizi mədənində baş verib.

Hadisə nəticəsində 25 nəfərin dağıntılar altında qaldığı güman olunur. Hazırda onların axtarış-xilasetmə işləri aparılır.

AzNews.az