- Köhnə - Dünya
- 6 İyun 2018 09:33
- 2 644
Dünyanın ən qoca pişiyinin yubileyi qeyd edildi

Böyük Britaniyada Şeben ləqəbli pişiyin sahibi Mişel Foster öz heyvanı üçün yubiley tədbiri təşkil edib.
Trend-in məlumatına görə, dünyanın ən qoca pişiyi sayılan Şeben 30 yaşını qeyd edib.
M.Foster onu 20 yaşında olarkən alıb.
Qeyd edək ki, pişiyin 30 yaşı insanın 137 yaşı ilə ekvivalentlik təşkil edir.
AzNews.az