Maykl Ceksonun atası 89 yaşlı amerikalı musiqi meneceri Co Cekson ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Maykl Ceksonun atası 89 yaşlı amerikalı musiqi meneceri Co Cekson ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Pop Kralın atası xəstəxanalıq oldu - Foto

Maykl Ceksonun atası 89 yaşlı amerikalı musiqi meneceri Co Cekson ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Cekson xəstəxanaya xərçəngin son mərhələsi (mədəaltı vəzinin xərçənginin dördüncü mərhələsi) ilə yerləşdirilib.

Co Ceksonun oğlu Daily Mail-ə müsahibəsində deyib:

"Heç kim nə olacağını bilmir. Biz isə dua edib, Allaha yalvarmaqdan başqa heç nə edə bilmərik".

Qeyd edək ki, bir neçə müddətdir Cekson xəstəliklə mübarizə aparır. Lakin həkimlər xərçəngin sağalmaz olduğunu deyiblər.