Türkiyə ərazisində, Sarpi-Trabzon avtomagistralında baş vermiş qaya uçqunu ilə əlaqədar Gürcüstanla sərhəddə yerləşən “Sarpi” sərhəd-gömrük məntəqəsi müvəqqəti bağlanıb. Türkiyə ərazisində, Sarpi-Trabzon avtomagistralında baş vermiş qaya uçqunu ilə əlaqədar Gürcüstanla sərhəddə yerləşən “Sarpi” sərhəd-gömrük məntəqəsi müvəqqəti bağlanıb.

Gürcüstan-Türkiyə sərhəd keçid məntəqəsi bağlandı - Fotolar

Türkiyə ərazisində, Sarpi-Trabzon avtomagistralında baş vermiş qaya uçqunu ilə əlaqədar Gürcüstanla sərhəddə yerləşən “Sarpi” sərhəd-gömrük məntəqəsi müvəqqəti bağlanıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik baxımından “Sarpi” məntəqəsindən həm nəqliyyat, həm də piyada keçidi məhdudlaşdırılıb.

Sərhəd məntəqəsinin fəaliyyəti Türkiyə ərazisində qaya uçqununun fəsadlarının aradan qaldırılmasından sonra adi rejimdə bərpa olunacaq.

Uçqun nəticəsində Türkiyə jandarmanının iki əməkdaşının xəsarət aldığı bildirilir.

image description image description