Türkiyə polisi PKK toplantısına basqın etdi: saxlanılanlar var

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları müxalif Xalqların Demokratik Partiyasının (HDP) Sancaqtəpə rayon təşkilatına basqın ediblər.

Trend-in məlumatına görə, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.