Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində iki tramvay toqquşub.

Trend-in məlumatına görə, qəza ilə bağlı xəbəri Yekaterinburq Tramvay-Trolleybus İdarəsi təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin konduktor, digərinin isə sərnişin olduğu bildirilir.