Tailandın şimal-şərqində Kxonken vilayətində şəxsi vertolyot qəzaya uğrayıb. Tailandın şimal-şərqində Kxonken vilayətində şəxsi vertolyot qəzaya uğrayıb.

Tailandda vertolyot qəzası - 3 nəfər yanıb

Tailandın şimal-şərqində Kxonken vilayətində şəxsi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində pilot və iki sərnişinin öldüyü bildirilir.

İnsident səhər saatlarında baş verib. Vertolyot düyü sahəsinə düşərək yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər vertolyotu söndürdükdən sonra 3 nəfərin yanmış cəsədi aşkar edilib.