ABŞ Pakistana yardım edəcək - 1,6 milyard dollar

ABŞ Pakistana hərbi və iqtisadi dəstək vermək üçün 1,6 milyard dollardan çox yardım edəcək.

Lent.az-ın Associated-Press agentliyinə istinadən verdiyi məlumata görə, yardımın həcminin artırılması iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə bağlıdır.

Qeyd edək ki, ABŞ-ın apardığı anti-terror əməliyyatı çərçivəsində dağlıq ərazinin bombalanması nəticəsində pakistanlı əsgərlərin ölməsi və rəsmi İslamabadın razılığı olmadan ABŞ xüsusi xidmət orqanlarının ölkə ərazisində əməliyyat keçirərək "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə ben Ladeni öldürməsi iki ölkə münasibətlərinin pisləşməsinə yol açıb. Nəticədə ABŞ bir neçə proqram çərçivəsində Pakistana yardımı dayandırıb. Bir müddət əvvəl isə Vaşinqton və İslamabad arasında strateji dialoqun bərpa olunduğu açıqlanıb. Oktyabrın 23-də Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə Pakistan baş naziri Nəvaz Şərif arasında görüşün keçiriləcəyi gözlənilir.

AzNews.az