- Köhnə - Dünya
- 2 Noyabr 2013 09:40
- 24 319
Universitetdə iki qız lüt soyundu - FOTO

Hellouin bayramı münasibətilə universitetin kampusunda təşkil edilmiş gecəyə qatılanlar arasında iki tələbə qız tamamən çılpaq idilər.
Onların fotoları çəkilib və Twitter-də yayılıb.
Universitet rəhbərliyi qalmaqalı araşdırdığını və həmin qızların tələbə olmadıqlarını bildirib: "Yəqin etdik ki, bu qadınlar tələbə qızlar yox, həmin bayram gecəsinə dəvət olunmuş striptizçi qadınlardı. Bizim tələbələr belə tərbiyəsizlik edə bilməzlər".
Fəqət, ASU tələbələri sosial şəbəkələrdə bildirirlər ki, həmin qızları tanıyırlar və onlar universitetdə oxuyurlar.
"Halloween Bash"dakı olayla bağlı araşdırmalar davam edir.
Birləşmiş Ştatların mediası olayı "Universitetdə biabırçılıq" adlandırıb.(milli.az)