Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib.

İki ağır yol qəzası - 47 ölü

Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə 47 nəfər həyatını itirib.

Məlumata əsasən, əvvəl sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 35 nəfər ölüb. Bir qədər sonra isə mikroavtobus qəza törədib, 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Polis qəzaların başvermə səbəblərini araşdırır.