V Respublikada inancın yeri - RAMAZAN TƏBRİKİ

Mən dini həyat tərzi keçirmir və dini qaydalara əməl etmirəm.Sekulyaram. Ancaq din həm də sosial institutdur və bizim millətləşmə prosesində bu institut dil və coğrafiya amii ilə birgə əsas rol oynayıb. Bu üç faktor orta çağlarda Səfəvilər imperiyasını meydana çıxarıb. Biz bir xalq olaraq imperiya qurucusuyuq və bizim millətləşmə prosesinin arxa planında məhz mənim fərdi araşdırmalarıma görə soyu Səlcuqlara dayanan Səfəvi xanədanı dayanır.

Millətləşmə prosesinin məntiqi nəticəsi olaraq 1918-ci ildə Xalq Cümhuriyyətini qurduq. Cümhuriyyətin qurucu etnosu Azərbaycan türkləri və dini inanc baxımından şiələr idi. Fəqət bu iki amil müstəqil Azərbaycan dövlətinin quruculuğuna bəs etmirdi. Bu zərurətdən irəli gələrək Cümhuriyyət hökuməti iki tarixi addım atdı. Əvvəla, parlament formalaşdırnaqla etnik amili arxa plana keçirdi və xalq anlayışını əsas tutdu. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sosial qruplar hüquq bərabərliyi içində Cümhuriyyətin quruculuğunda rol aldılar. İkincisi, Qafqaz müsəlmanları arasında şiə və sünni ədavətinə son qoyuldu. Bununla da dini kimlik dövlət kimliyinin tərkibinə daxil edildi.

Etnik və dini kimliyin fövqünə çıxan dövlət xalqçıllğı 20-ci əsrin sonlarında yenidən müstəqilliyə və 2020-ci ildə ərazi bütövlüyünə çevrilərək şərti 1,2,3,4 respublika dönəmlərini arxada qoydu. V respublikaya və V respublikanın ideologiyası olan Azərbaycançılığa qarşı əsas təhdidlərdən biri dindən gəlir. Bu, birmənalıdlr. Amma Azərbaycandakı ənənəvi dini cərəyanlardan yox, onlar dediyim kimi xalq olaraq təşəkkülümüzün əsasında dayanır. Totalitar SSRİ dövründə xalqımızın digər keyfiyyətləri kimi inanc sistemi də əzilirdi və müstəqillikdən sonra bu sahədə olan boşluqlardan İran xomeyniçiləri, Səudiyyə sələfiləri və Türkiyə fətullahçlları istifadə etməyə başladılar. Bununla da dövlətimiz üçün təhdid mexanizmləri formalaşdı. Bu mexanizmlərə qarşı hüquq-mühafizə orqanları çox sayda əməliyyat keçirib və keçirəcək.

Ölkəmizə yad olan cərəyanların təlqin etdiyi "əsl din" anlayışı əslində müstəqillik dövründə təbii statusuna qayıtmalı olan islama qarşı təpki oyatdı. Ancaq zaman və dövlətimiz bir məsələni tarazlaya bildi: inancın, etiqadın yeri insanın vicdanıdır! Vicdanı xalqımızın ənənəvi etiqadlarından və dövlət şüurundan yoğrulmuş bütün inanclı dostlarımı Ramazan bayramı münasibəti ilə təbrik edirəm.

Taleh ŞAHSUVARLI