• Fanat
  • 17 Yanvar 2019 14:56
  •  458

Qazaxıstan millisi baş məşqçisi ilə yollarını ayırdı

Futbol üzrə Qazaxıstan milli komandası baş məşqçisi Stanimir Stoylovla yollarını ayırıb.

52 yaşlı bolqarıstanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yığma Stoylovun rəhbərliyi altında 3 yoxlama görüşü keçirib və UEFA Millətlər Liqasında iştirak edib.

Qeyd edək ki, Stanimir Stoylov 2018-ci ilin martından Qazaxıstan millisində çalışıb. O, 2015-ci ildə "Astana"ya rəhbərlik etdiyi dövrdə Qazaxıstan təmsilçisini Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən ilk və yeganə mütəxəssisdir.(report.az)

© AzNews.az