- Fanat
- 16 İyun 2021 17:04
- 5 628
UEFA prezidenti Bakıya gəldi

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq
UEFA-nın prezidenti Aleksander Çeferin “Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib.
AzNews.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.