- Köhnə - Hadisə
- 1 Dekabr 2017 19:13
- 3 626
Mənzildə 40 yaşlı kişi meyiti tapılıb
Bakının Xətai rayonunda mənzillərdən birində 40 yaşlı kişi meyiti tapılıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Quliyev Rasim Nəriman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.