Şəmkirdə 18 yaşlı oğlan süni göldə boğularaq öldü

Şəmkir rayonunda 18 yaşlı oğlan suda boğulub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.