- Köhnə - Hadisə
- 11 Yanvar 2014 11:59
- 3 255
Balakəndə partlayış: yaralı var
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Balakən şəhər sakini Rəfiqə Dibirovanın evində təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə evin pəncərə və qapı çərçivələri dağılıb, xəsarət almış R.Dibirova və qonağı, Bakı şəhər sakini Məhəmməd Əliyev xəstəxanaya yerləşdiriliblər.
AzNews.az