Rus tennisçi Mariya Şarapova zədə səbəbindən Mayamidəki turnirdə iştirak edə bilməyəcək. Rus tennisçi Mariya Şarapova zədə səbəbindən Mayamidəki turnirdə iştirak edə bilməyəcək.

Məşhur tennisçi zədəyə görə beynəlxalq turnirdən kənarda qaldı

Rus tennisçi Mariya Şarapova zədə səbəbindən Mayamidəki turnirdə iştirak edə bilməyəcək.

AzNews.az TASS-a istinadən xəbər verir ki, tennisçinin çiyin əzələsindəki zədə Mayamidəki beynəlxalq turnirdən kənarda qalmasına səbəb olub.

" Mən sol çiyinimdəki zədəyə görə sevimli turnirlərimdən birində iştirak edə bilməyəcəyimə görə təəssüf hissi keçirirəm. Bu zədənin öhdəsindən gəlmək üçün əlimdən gələni edəcəyəm və çalışacağam ki, tezliklə turnirə qayıdım " deyə Şarapova bildirib.

Qeyd edək ki, Mayamidəki beynəlxalq tennis turniri 17 mart-1 aprel aralığında keçiriləcək.