Futbol üzrə Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib. Futbol üzrə Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib.

Argentina millisində yeni baş məşqçi

Futbol üzrə Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib.

“Report” Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda müvəqqəti olaraq Lionel Skaloniyə həvalə olunub. Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər.

Qeyd edək ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib. Skaloni 2017-ci ildən Argentina yığmasında köməkçi-məşqçi qismində çalışırdı. 40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində İspaniyanın “Deportivo”, “Rasinq”, “Malyorka”, İtaliyanın “Latsio” və İngiltərənin “Vest Hem” komandalarında çıxış edib və Argentina millisində 7 oyun keçirib.

AzNews.az