Bakıya köçməmişdən öncə Bob “Four Seasons Resort Dubai at Jumeirah Beach” hotelində Resort meneceri vəzifəsində çalışıb Bakıya köçməmişdən öncə Bob “Four Seasons Resort Dubai at Jumeirah Beach” hotelində Resort meneceri vəzifəsində çalışıb

“Four Seasons Hotel Baku”nun yeni baş meneceri bu şəxs oldu - FOTO

Bakıya köçməmişdən öncə Bob “Four Seasons Resort Dubai at Jumeirah Beach” hotelində Resort meneceri vəzifəsində çalışıb

“Mən azərbaycanlıların qonaqpərvərliyini və isti münasibətlərini gəlişimin ilk anlarından hiss etdim və səbirsizliklə bu ölkənin mədəniyyət və insanları ilə yaxından tanış olmağı gözləyirəm”.

Sentyabrın birinci həftəsi “Four Seasons Baku” hotelinin bütün komandası dörd il yarım birlikdə işlədiyi Baş menecer Ricardo Acevedo ilə vidalaşıblar. 40 il qonaqpərvərlik sahəsində çalışan Ricardo hotelin açarını əsl “Four Seasons” nümayəndəsinə - Bob Suriyə təhvil verib.

Bob Suri 28 illik qonaqpərvərlik təcrübəsinin 15 ilini “Four Seasons Hotels & Resorts”da əldə edib. Onun şirkətlə əməkdaşlığı Torontoda yerləşən aparıcı hoteldə Qida və İçki bölümündən başlayıb.

Sonradan Bob “Four Seasons Whistler”də Qida və İçki bölümünün müdiri vəzifəsinə təyin olunub və beləliklə, Şimali Amerikanın xizək kurortunda mükəmməl servis standartlarının əsasını qoyub. 2008-ci ildə Bob “Four Seasons Hotel Damascus”da Qida və İçki bölümündə rəhbərlik etməklə Yaxın Şərqə köçüb, burada ərəb mədəniyyəti ilə tanış olub və zəngin təcrübə qazanıb.

2011-2014-cü illərdə o, “Four Seasons Resort Seychelles”ə Resort meneceri vəzifəsinə təyin olunub. Eyni zamanda, Bob Suri “Seychelles”də mərcan paylanması və çimərlik profilləşdirilməsi üçün unikal ekoloji təhsil təşəbbüsünə rəhbərlik edib.

O, “Four Seasons Bahrain” hotelinin fəaliyyətə başlamasına kömək edib. Bakıya köçməmişdən öncə Bob “Four Seasons Resort Dubai at Jumeirah Beach” hotelində Resort meneceri vəzifəsində çalışıb.

“Mən həmişə bir hotelin saat kimi olduğuna inanmışam. Saatı arxadan açanda bizə dəqiq vaxtı göstərmək üçün birlikdə yorulmadan işləyən kiçik hissələri görmək olar. Düşünürəm ki, heç bir işçi digərlərindən daha önəmli deyil, biz hamımız birlikdə çalışırıq və qonaqlarımıza unudulmaz təcrübə yaşatmaq üçün əlimizdən gələni edirik”.

Yeddi ölkə və dörd qitəyə səyahətindən sonra Bob Suri “Four Seasons Hotel Baku”nun baş meneceri vəzifəsinə təyin edilib.

“Mənim əsas məqsədim insanlara özləri olmağa kömək etmək və başqalarının fikir və mülahizələrindən qorxmadan nəyə qadir olduqlarını göstərməkdir. İnanıram ki, bu üsul hədəfimiz olan hər şeydə uğur əldə edə biləcəyimiz yeganə yoldur”.

Boş vaxtlarında Bob Suri kriket izləməyi və yemək bişirməyi sevir. Lakin daha çox həyat yoldaşı Sonya, oğulları Ruşil və Savar və təbii ki, ailələrinin ayrılmaz üzvü olan üç yaşlı itləri Cuddle ilə vaxt keçirməkdən zövq alır.

“Ailəm və xüsusilə 24 il evli olduğum həyat yoldaşımın dəstəyi və mənə inancları olmadan heç bir uğur qazana bilməzdim”.

Biz Boba Azərbaycandakı yeni səyahətində uğurlar arzulayırıq! (Oxu.az)