- İşin içi
- 25 İyul 13:20
- 1 451
Azərbaycanda dəmiryolu ilə sərnişindaşıma 21 %-ə yaxın artıb

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu xətti üzrə ümumilikdə 4 milyon 648 min 444 sərnişin daşıyıb.
Bu barədə AzNews.az ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min 103 nəfər və yaxud 20,7 % çoxdur.
Yalnız iyun ayında isə ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutları üzrə 766 min 718 sərnişin daşınıb ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 185 min 742 nəfər və yaxud 32 % artım deməkdir.
AzNews.az