- Qərb
- 25 İyul 22:02
- 1 649
ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir.
Aznews.az xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz bu vəziyyətin bütün aspektlərini nəzərdən keçiririk. Ola bilər ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edək”, - Ağ Ev rəhbəri qeyd edib.