“Şimal axını-2” layihəsi artan siyasi müqavimətlə üzləşir. Lakin layihənin həyata keçiriləcəyi təqdirdə qazın Avropaya Ukraynadan nəqli, aydındır ki, 2019-cu ildən sonra da saxlanıla bilər. “Şimal axını-2” layihəsi artan siyasi müqavimətlə üzləşir. Lakin layihənin həyata keçiriləcəyi təqdirdə qazın Avropaya Ukraynadan nəqli, aydındır ki, 2019-cu ildən sonra da saxlanıla bilər.

Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır

“Şimal axını-2” layihəsi artan siyasi müqavimətlə üzləşir. Lakin layihənin həyata keçiriləcəyi təqdirdə qazın Avropaya Ukraynadan nəqli, aydındır ki, 2019-cu ildən sonra da saxlanıla bilər.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin baş məqaləsində deyilir.

Əvvəlcə Ukrayna nəqlini “Cənub axını” ilə əvəzləmək planlaşdırılırdı. Lakin “Qazprom” bu layihədən imtina etdikdən sonra bu nəqli Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən ikinci qaz xətti ilə əvəz etmək qərara alınıb.

Dünənə qədər elə təsəvvür vardı ki, “Şimal axını-2”nin çəkilişinə artıq heç nə mane ola bilməz. Almaniyanın nüfuzlu energetika konsernləri layihəyə fəal lobbiçilik edirlər. Onların maraqları aydındır. Birincisi, onlar Rusiyadan qazı imtiyazlı qiymətlərlə, özü də əsassız olmadan almağı nəzərdə tuturlar. İkincisi, Ukrayna nəqlinin dayandırılması onlar üçün əlavə rəqabət üstünlüyü sayıla bilər, çünki bu halda məhz Almaniya “Naftoqaz Ukrainı” şirkətinin rəhbəri Andrey Kobolevin “Bild”ə müsahibəsində qeyd etdiyi kimi, “Rusiya qazının Avropada əsas və yeganə qaz habı rolunu oynayacaq”.

Ukrayna, Polşa və Baltik ölkələrinin siyasi təşvişini, həmçinin Avropa Komissiyasının “Qazprom”la danışıqlara mandat tələb edən etirazını rəsmi Berlin rədd edib. “Şimal axını-2” qaz kəməri guya kommersiya layihəsidir və onu tikib-tikməmək qərarını layihədə iştirak edən şirkətlər verməlidirlər. Almaniya hökumətinin nümayəndələri jurnalistlərin suallarını hər dəfə bu formada cavablandırıblar. Lakin bu həftə Angela Merkel yeni qaz kəmərində “siyasi amillər”in mövcudluğunu təsdiq edərək, “etiraza çox diqqətlə qulaq asdığını” bildirib.

Onun fikrincə, “Şimal axını-2” layihəsinə görə qaz nəqli baxımından Ukraynanın heç bir əhəmiyyət daşımaması mümkün deyil. Rusiya Prezidenti ilə telefon söhbəti zamanı isə Merkel bildirib ki, “fikrimizcə nə qədər ki, Ukrayna nəqlinin bundan sonrakı rolu bizim üçün aydın deyil, “Şimal axını-2” layihəsi o vaxtadək mümkün olmayacaq”.

Bu həftə Merkel ilə görüşə, həmçinin Danimarkanın Baş naziri gəlib. Danimarka hökuməti ölkənin müstəsna iqtisadi zonasından qaz kəmərinin çəkilməsinə hələ razılıq verməyib.

Kanslerin ardınca Lars Lökke Rasmussen, həmçinin bildirib ki, “Şimal axını-2”yə gəlincə, söhbət təkcə ticarət layihəsindən deyil, həm də siyasətdən gedir. Belə ki, o, Ukrayna məsələsinin həlledici əhəmiyyət daşıdığını, onun hökumətinin qaz kəmərinə öz razılığını verib-verməmək qərarını qəbul edərkən geosiyasi çərçivə şərtlərini nəzərə alacağını anladıb.

Almaniyanın hakimiyyət orqanlarına gəlincə, “Şimal axını-2” layihəsi lazım olan icazələri artıq onlardan alıb. Lakin Almaniya hökumətinin hüquqi vasitələri var ki, bunlar da bu və ya digər razılaşmaların icrasına mane ola bilər. Hakimiyyətin dünənki mətbuat konfransında kanslerin rəsmi nümayəndəsi Şteffen Zaybert hadisələri qabaqlamaq və “Şimal axını-2” layihəsinin siyasi aspektlərinin nəzərə alınmayacağı halda hökumət qadağası ilə hədələmək istəməyib. Lakin o, Berlinin Ukrayna nəqlinin saxlanılmasında israrlı olmasına heç bir şübhə qoymayıb.