Natiqin yas mərasimində “Şirin” ləqəbli soydaşımız qətlə yetirildi – EKSKLÜZİV

Noyabrın 24-də Moskvada daha bir azərbaycanlı qətlə yetirildi. Şahidlərin verdiyi məlumatda bildirilir ki, noyabrın 22-də Moskvada qətlə yetirilən "Şərurlu Musa" kimi tanınan Musa Musayevin qardaşı Natiq Musayevin qətlə yetirilməsi ilə bağlı xəbəri eşidən kimi həmyerlisi, ukraynada qeydiyyatda olan "Sirin" ləqəbli soydaşımız yas mərasimində iştirak etmək üçün Moskvaya gəlib.

Moskvada yaşayan soydaşlarımız tərəfindən keçirilən yas mərasimində şəxsiyyəti məlum olmayan bir nəfər "Şirini" arxadan baş nahiyəsindən vurub. Aldığı güllə yarasından soydaşımız yerindəcə keçinib.

Hadisə zamanı onun yıxıldığını görən Şahin adlı şəxs onu tutmaq istəyib. Təkrar açılan atəş bu dəfə Şahini hədəf seçib. Şahin sinəsindən və ayağından yaralanıb.

AzNews.az-a daxil olan məlumatda bildirilir ki, Şahin hazırda xəstəxanadadır. Şahidlərin sözlərinə görə, yas mərasimində iştirak edənlər ifadə vermək üçün polis bölməsinə aparılıblar.

AzNews.az