- Köhnə - Kriminal
- 9 Oktyabr 2014 09:26
- 6 923
“Piter”in vahiməli kriminal qruplaşmaları – Daha bir nəfər taclandırıldı

Ötən şənbə Sankt-Peterburqda məşhur avtoritet Tenqo Qalskiyə “qanuni oğru” adı verilib. Məlumta görə onun taclandırılmasına müsbət rəy öz qohumlarının iştirakı ilə keçirilən “sxodka” zamanı verilib.
AzNews.az xəbər verir ki, "sxodka"da Tenqonun əmioğluları İrakli və Levan Buliskeriya, həmçinin Hüseyn Slepoy, Dato Krasnodarski, Ara Аrmavirski, onların ümumi xaç oğulluğu Kuso, Maxo və Mindi iştirak ediblər. Tədbir iştirakçılarından ən yaşlı və nüfuzlusu isə sankt-peterburqlu patriarx Saçino olub.
Qeyd edək ki, oğrulara xidmət edən şimal paytaxtı - "sakit Nevski limanı"nda bir neçə təhlükəli oğru dəstə mövcuddur. Birincisi, əslən Abxaziyadan olan və Kardava qardaşları klanı tərəfindən yaradılan qruplaşmadır. Məhz bu qruplaşmanın təşəbbüsü ilə Tenqonun xaç suyuna salınması həyata keçirilib. Onlara həm də yerli "slavyan" Lexa İrkutski meyl edir.
Digər tərəfdən isə burada nəhəng gürcü dəstə fəaliyyət göstərir. Bu qrupa rəhbərliyi Laşa Barcqa və bu yaxınlarda taclandırılan Zura Kaxetinets edir. Qrupun tərkibində həmçinin yaxın müddətədək Alik Rıjıya dəstək verən Murıç var.
Bundan başqa hələ 90-cı illərdə yaranan, üzvləri əsasən yaşlı gürcülərdən ibarət olan daha bir qrup var.
Hər üç qrup daxili ziddiyyətlərə baxmayaraq Sankt-Peterburqda özlərini sərbəst hiss edirlər.
Kardava qardaşlarına gəldikdə isə, onların yerlisi Tenqo taclandırılarkən qrup üzvləri tədbirdə iştirak etməyib. Belə demək olarsa, onların heç fikrini də alan olmayıb.
Aydan Axundova
AzNews.az