Rəşid Behbudovun heykəltaraşından ittihamlara cavab: “Kim nə istəyir danışsın”

Xəbər verdiyimiz kimi Bakıda məşhur müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun heykəli ucaldılıb.


Sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrının qarşısına qoyulan abidə mətbuatda və sosial şəbəkədə böyük narazılığa səbəb olub. Heykəlin Rəşid Behbudova oxşamaması ciddi müzakirə mövzusuna çevrilib.

Heykəlin müəllifi xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev AzNews.az-a açıqlamasında ittihamlara cavab verib. Bildirib ki, rəssam bir şeyi necə görürsə, elə də əsərə köçürür: "Rəşid Behbudovu biri uşaqlıqda görüb, biri gənclikdə, biri də qocalanda. Rəssam isə necə görüb, necə düşünürsə elə də əsərə köçürür. Yəni olduğunu görür. Odur ki, kim nə istəyir danışsın, amma buna biliyi çatır, ya çatmır bunu deyə bilmərəm".

Qeyd edək ki, Rəşid Behbudovun heykəlinin açılış mərasimi sentyabrda olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az