Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları mərhum ataları Zakir Məmmədovla bağlı xatirələrini bölüşüblər. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları mərhum ataları Zakir Məmmədovla bağlı xatirələrini bölüşüblər.

Məmmədova bacıları mərhum atalarından danışdılar: “Yoxluğun o qədər acıdır ki...”

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları mərhum ataları Zakir Məmmədovla bağlı xatirələrini bölüşüblər.

AzNews.az xəbər verir ki, bacılar ataları ilə fəxr etdiklərini deyiblər:

Sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-oba qonaqpərvərliyinlə, sənətinlə, zurna və davul ifaçılığınla səni tanıyıb sevirdi. Varlığın gözəl idi, yoxluğun da o qədər acıdır ki... Yerin cənnət olsun”.

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədova bacılarının atası Zakir Məmmədov martın 5-də dünyasını dəyişib. Həkimlər onun infarkt keçirdiyini deyiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az