Kastamonu təbiəti, dənizi, tarixi binaları, dadlı təamları və zəngin mədəniyyəti ilə “Sağında qalası, solunda qülləsi, ortasında dərəsi” cümləsindən xeyli irəlidədir. Buradakı dağları, kanyonları, şəlalələri, mağaraları, tarixi və mədəni abidələri, məscidləri, mədrəsələri, külliyyələri kəşf edərkən “nədən daha öncə buraya gəlmədim” deyə, sual edirsən. Kastamonu təbiəti, dənizi, tarixi binaları, dadlı təamları və zəngin mədəniyyəti ilə “Sağında qalası, solunda qülləsi, ortasında dərəsi” cümləsindən xeyli irəlidədir. Buradakı dağları, kanyonları, şəlalələri, mağaraları, tarixi və mədəni abidələri, məscidləri, mədrəsələri, külliyyələri kəşf edərkən “nədən daha öncə buraya gəlmədim” deyə, sual edirsən.

Təpədən-dırnağa tarix qoxan şəhər - 2-ci yazı

Kastamonu təbiəti, dənizi, tarixi binaları, dadlı təamları və zəngin mədəniyyəti ilə “Sağında qalası, solunda qülləsi, ortasında dərəsi” cümləsindən xeyli irəlidədir. Buradakı dağları, kanyonları, şəlalələri, mağaraları, tarixi və mədəni abidələri, məscidləri, mədrəsələri, külliyyələri kəşf edərkən “nədən daha öncə buraya gəlmədim” deyə, sual edirsən.

Türkiyənin bu qədim şəhəri ilə tanışlığa Cümhuriyyət Meydanından başladıq. Meydanda bir amfiteatr və azadlıq mübarizəsini simvollaşdıran Şərifə Bacı abidə-kompleksi var. Bələdçimiz Mustafa Çağır bu yerlərin hər daşına bələd olan biri kimi gördüyümüz, soruşduğumuz hər şey barədə ətraflı məlumat verdi. Meydanın ətrafındakı mühüm tarixi ictimai binalar - Memar Vedat Tekin Hökumət Evi, Kastamonu Universiteti Rektoru Binası, Rıfat Ilgaz Mədəniyyət Mərkəzi və Kastamonu Hərbi Xidmət Şöbə Binası barədə məlumat aldıqdan sonra Nəsrullah Məscidinin yerləşdiyi Nəsrullah Meydanına doğru yan aldıq. Bunun üçün Nəsrullah Körpüsünü aşmalı olduq. Bu körpü Kastamonu şəhər mərkəzinin ikiyə ayrılan hissəsini birləşdirən ən qədim tikilidir. 1501-ci ildə Nasrullah Kadı tərəfindən inşa edilib. Kəsmə daşdan tikilən körpü formasına görə, xalq arasında həm də Kambur körpü kimi tanınır.

Meydana çatdıqda məscidin önündəki bulaq suyunun səsi, göyərçinlərin qanad çarpışı, quşlara yem atan uşaqların nəşəsi, qarşı tərəfdə oturan yaşlıların ağır-ağır danışması, məsciddən çıxanların salamlaşması və yolda addımlayanların həyat təlaşı səslərini eyni anda duymaq mümkün idi. Şəhərin mərkəzi hesab olunan Nəsrullah meydanı körpüsü, məscidi, şadırvanı, mədrəsəsi və civarındakı qonaq evləri ilə bir külliyə görkəmini alıb. Meydan və məscid 1506-cı ildə II Bəyazid dönəmində salınıb.

  • Təəccübləndirən daş

Öncədən bu torpaqların bir çox mədəniyyətə ev sahibliyi etdiyini bilirdik. Bu bilgi işığında Arxeologiya Muzeyi ən doğru adres idi. Şəhərin mərkəzində gəzərkən küçələrə yerləşdirilən istiqamətverici tablolarla muzeyə çox rahatlıqla gəlmək mümkündür. Həyət qapısından içəri girərkən bizi estetik tarixi qalıqlar qarşıladı. Hər birinin ayrıca hekayəsi olan bu qalıqları incələdikdən sonra daş binanın içərisinə girdik. Gülərüzlü muzey bələdçisinin dediklərinə görə, bina 1910-cu ildə inşa edilib və tamamən kəsmə daşdan tikilib. 1940-cı ildə ətraf vilayətlərdən toplanan bütün arxeoloji əsərlər muzey tarixinin bir xeyli qədimə dayandığını göstərir. Yüksək tavanlı salonu gəzərkən “Atatürk köşəsi” diqqətimizi çəkdi. Bu bölümdə Mustafa Kamal Atatürkün Kastamonuya gələrkən istifadə etdiyi əşyalar yer alır. Ümumilikdə, muzeydə 1495 ədəd arxeoloji əsər, 30 mindən çox sikkə sərgilənir.

Kastamonunun mərkəzində gəzməli, görməli yerlər çoxdur. Şəhərin ortasında Şahənşah Qayası kimi tanınan böyük bir qayanın üzərində qurulmuş İsmayıl Bəy Külliyəsi bunlardan biridir. Külliyənin içində məscid, mədrəsə, imarət, sübyan məktəbi, türbə, qonaq evi və hamam mövcuddur. Hətta burada dəvə karvanlarının qonaqlamaları üçün “Dəvə Hanı” deyilən bir qonaq evi də var. 14-cü yüzillikdə yaşayan Candaroğlu İsmayıl Bəyin tikdirdiyi külliyənin türbə qapısının üzərindəki daşa bəlli bir məsafədən baxarkən İsmayıl bəyin fiqurunu gördükdə təəccüblənməmək olmur.

  • Şəhərin hər yerinə hakim olan nöqtə

Buradan da xoş təəssüratla ayrılıb, nəhayət ki, şəhərin hər nöqtəsindən gözümüzə dəyən yeri “fəth etmək” arzumuza çatdıq. Yəni Kastamonunun simasına rəng qatan, şəhərlə bütünləşən o məşhur Kastamonu Qalasına çıxdıq. Bura Kastamonunun hər yerinə hakim olan bir nöqtədir, buradan şəhərin dörd bir tərəfinə doyumsuz mənzərə açılır. Şəhərin qərbində 120 metr yüksəklikdə ana qaya parçasının üzərində qurulan bu qalanın 12-ci əsrdə Komnenoslar tərəfindən tikdirilmiş olduğunu öyrəndik. Köhnəlmiş tikili yüz illər içərisində müxtəlif aşınmalarla bugünkü halını alıb. Qalanın içərisində sarnıçlar, zindanlar, qaçış tunelləri və “Bayraqlı Sultan” deyə bilinən türbə də diqqətimizi çəkdi. Kastamonunun bu nöqtəsi xatirə fotosu çəkmək üçün ən ideal yer sayılır. Türkiyədə gəzdiyimiz əksər qalalara nisbətən buraya qalxmağın olduqca asan olması məni təəccübləndirdi...

Növbəti yolçuluq Qəsəbə kəndində yerləşən Mahmudbəy Məscidinə idi. Geydirmə üsulu ilə tikilən, çiv işlənməyən Mahmudbəy Məscidi UNESKO-nun Dünya Mədəni İrsi siyahısında yer alaraq Türkiyəni və Kastamonunu qürurlandırmaqdadır. Hicri 735, miladi təqvimlə 1336-cı ildə Candaroğlu Mahmud bəy tərəfindən tikdirilən məscid ən incə detalına qədər sənət qoxuyur. Tikilinin bir ruha sahib olduğu giriş qapısından da hiss edilir. Bu durum tarixi heç sayan quldurların da diqqətini çəkmiş və orijinal tarixi qapı oğurlanmışdır. Lakin çətinliklə də olsa qapını oğurlayanlar tapılmış və qapı geri alınaraq Etnoqrafiya Muzeyində (Liva Paşa Konağı) qoruma altına alınmışdır. Məsciddəki hazırki giriş qapısı isə əsli kimi düzəldilərək ziyarətçiləri qarşılayır. Tikilinin içərisi başdan-ayağa ağacla işləndiyinə görə burada elektrik xətti yoxdur, ancaq təbii işıqlandırma var. Məscidi taxta işləmələrə, dirəklər üzərində əsrlərdir rəngini itirməyən təbii boyalara görə tərəddüdsüz sənət əsəri adlandırmaq olar.

  • Kastamonu evinin, ailəsinin modeli

Kastamonuda bizi təəccübləndirən obyektlərdən biri də Etnoqrafiya Muzeyi oldu. Bu muzey Kastamonu ilə bağlı hər şeyi - istər tarixini, istər şəhər mədəniyyətini, insanların həyat tərzini, istərsə də ailə-məişət qayğılarını, ənənələrini ən incə detalları ilə özündə cəmləyib. Bu baxımdan, Kastamonunun Etnoqrafiya Muzeyi olduqca zəngin və mədəni ehtiyatlara sahibdir.

Liva Paşa Qonağı olaraq da bilinən muzey taxtadan hazırlanan dizaynı ilə zövq oxşayır. Xidmətçidən binanın 1879-1881-ci illər arasında Mir Liva Sadık Paşa tərəfindən inşa etdirildiyini və 1997-ci ildə Etnoqrafiya Muzeyinə çevrildiyini öyrəndik. Üç bölmədən ibarət olan muzeyin ilk mərtəbəsində qədim Kastamonuya aid fotolar sərgilənir. İkinci mərtəbədə Kastamonu əl sənətləri əsərləri yer alır. Üst mərtəbədə isə bizi qədim Qonaq mədəniyyəti qarşıladı. Yatağının başında Quran ilə dua edən adam, qayınanası ilə qəhvə içən gəlin, uşağını beşikdə yelləyən ana, yerdən salınan süfrədə yemək yeyən ev əhli Kastamonun tarixi mədəniyyətə, kökə sahib olduğunu sübut edən görüntülər idi. Ümumilikdə, bu muzeyi qədim Kastamonu evinin, ailəsinin bir modeli kimi də dəyərləndimək olar.

  • Türkiyənin ilk və tək Şapka Muzeyi

Kastamonuya gələnlərin mütləq ziyarət etməli olduğu yerlərdən biri də Memar Vedat Tek Mədəniyyət və Sənət Mərkəzidir. Sənət Mərkəzinə Kastamonu Hökumət Evinin memarı, milli memarlıq hərəkatının öncüllərindən olan Memar Vedat Tekin adı verilib. Şapkalardan əlvə, burada İstiqlal mücadiləsində istifadə olunan silahlar da sərgilənir. Bundan başqa, “75-ci İl Cümhuriyyət Evi”, əl əməyi və göz nuru ilə ərsəyə gələn əsərlərin sərgiləndiyi “Dantel Evi”, Uşaq oyuncaqlarının sərgiləndiyi ev və 3 bölümlü qaleriya ilə relyefli salonu gəzincə özümüzü başqa dünyada hiss etdik.

Türkiyənin ilk və tək Şapka Muzeyi məhz burada yerləşir. Cümhuriyyətin elanından sonra Atatürk Kastamonuya gələrək 1925-ci ildə Şapka inqilabını elan etməsindən sonra kolleksionerlərin etinayla saxladıqları şapkaların burada sərgilənməsi şəhərə ayrıca bir hava qatıb. Şapka muzeyi 2007-ci ildə cəmi üç şapka ilə açılmışdır. Getdikcə Türkiyənin fərqli yerlərindən kolleksionerlərin paylaşımları ilə yüzlərlə şapka yığılmış və bura bir muzey kimi formalaşmışdır. Burada Türkiyə tarixinin müxtəlif dönəmlərini əks etdirən və müxtəlif dövlət adamlarının, eləcə də tanımış ictimai xadimlərin istifadə etdiyi şapkalar sərgilənir.

  • Gəlişiniz gülə-gülə, gedişiniz gülə-gülə, hər işiniz gülə-gülə

Kastamonuda “Gəlişiniz gülə-gülə, gedişiniz gülə-gülə, hər işiniz gülə-gülə” deyəcəyimiz o müəqddəs məkanı - Şeyx Şaban-i Vəli Külliyəsini ziyarət etmək şansımız da oldu. Bu ifadəni bütün Türkiyə, hər bir Kastamonu insanı əzbərdən bilir və onu gündəlik həyatlarında sevə-sevə işlədirlər. Bu, təkcə deyimin gözəl olmasından deyil, həm də Şeyx Şaban-i Vəli həzrətlərinə olan sevgidən qaynaqlanır.

Külliyəni gəzərkən Hz. Pir Şeyx Şaban-i Vəli həzrətləri kimi Anadolunun dörd dirəyindən birinin Kastamonuda olmasına və buranı ziyarət edə bilməyimizə çox sevindik. Hz. Pir dönəminin çətinliklərinə rəğmən, elm üçün Kastamonudan İstanbula getmiş, ali təhsilini Fateh Sultan Mehmet Xanın tikdirdiyi mədrəsələrdə tamamlamışdır. Daha sonra o dönəmin universiteti sayılan həmin təhsil ocaqlarında professorluq etmişdir. Eyüp Məscidində kürsü şeyxliyi də edən Hz. Pir məmləkəti olan Kastamonuya qayıtmaq qərarına gəlmişdir. Yolçuluq əsnasında Boluda Xeyrəddin Tokadinin dərgahına qatılaraq 12 il şeyxin xidmətində olmuşdur. Nəhayət, 1530-cu ildə Kastamonuya dönən Hz. Pir Şeyx Sünnəti Əfəndi dərgahında 7 il qalaraq övliyalıq mərtəbəsinə ucalmışdır. Xəlvəti Təriqətinin Cəmaliyyə şöbəsinin Şabaniyyə qolunun qurucusu olaraq vəfatına qədər tələbə yetişdirmiş və bir çox insan ondan feyz almışdır...

Ziyarətçisi əskik olmayan türbədə zəmzəm suyu dadında ASA suyunun olduğunu öyrənincə, bu çeşmə suyundan doya-doya içdik. Türbənin içərisində məscid və Şeyx Şabam-i Vəli Vəqf Muzeyi yer alır. Muzeydə Şeyx Şaban-i Vəlinin fərdi əşyaları, əlyazmaları, 1600-cü illərdən qalma sədəqə daşları, xalçalar və bir çox dəyərli əşya sərgilənir.

Beləliklə, tam əminliklə demək olar ki, Kastamonuya səfər edən hər bir kəs özünü tam başqa dünyada hiss edir. Həm zəngin mədəniyyət, həm də insanlarının xoş rəftarından dolayı şəhərdən ayrılarkən adamın özü-özünə “gəlişimiz gülə-gülə, gedişimiz gülə-gülə, hər işimiz gülə-gülə oldu” deməməsi mümkün deyil...

Birinci yazı ilə buradan tanış ola bilərsiniz.

Elgün Mənsimov, Kastamonu.
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description