Azərbaycan şou-biznesinin sevilən ulduzu, Əməkdar artist Röya Ayxan ötən gün konsert programı ilə Bakı Konqres Mərkəzində çıxış etdi. Azərbaycan şou-biznesinin sevilən ulduzu, Əməkdar artist Röya Ayxan ötən gün konsert programı ilə Bakı Konqres Mərkəzində çıxış etdi.

Röyanın konsertində surpriz qonaq - Foto + Video

Azərbaycan şou-biznesinin sevilən ulduzu, Əməkdar artist Röya Ayxan ötən gün konsert programı ilə Bakı Konqres Mərkəzində çıxış etdi.

AzNews.az xəbər verir ki, röyasevərlər məşhur ifaçının "Səndən başqa" , "Düşürsən tez-tez yada", "Yar gələrsən" kimi son hitlərindən başqa, onu bizə solo ifaçı kimi tanıtdıran "Bu gecə", "Bilərsənmi" kimi mahnılarını canlı dinləmək şansı əldə etdilər. İfaçı konsert ərzində 17 mahnı ifa etdi.

Röyadan öncə isə Bakı Konqres Mərkəzində konsert verən olmamışdı. 3500 nəfərlik zalda konsert anşlaqla keçdi.

Röya konsertin əvvəlində həyəcandan oxuduğu ikinci "Səndən başqa" mahnısının sözlərini unutsa da, sonradan özünü ələ ala bildi.

Parıltılı geyimi və qısa saçları ilə göz oxşayan ifaçını konsert zamanı Rəşad Haşımovun ansamblı müşayət edirdi. Rəşad Haşımov repertuardakı mahnıları yeni aranjemanda təqdim etdi. Röya konsert zamanı oğlu Hüseyn və ona buket təqdim edən tamaşaçılarla da zarafatlaşdı.

Konsertin sonunda isə Röya surpriz qonağını təqdim etdi. "Səndən bir dənədir" mahnısını duet ifa etmək üçün Mir Yusif səhnəyə çıxaraq gecəyə damğasını vurdu.