Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Tatarıstanın Buinsk şəhərində keçirilən “Bua: dialoq məkanı” adlı II Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Tatarıstanın Buinsk şəhərində keçirilən “Bua: dialoq məkanı” adlı II Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.

Azərbaycanlı aktyor beynəlxalq festivalın diplomuna layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Tatarıstanın Buinsk şəhərində keçirilən “Bua: dialoq məkanı” adlı II Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktyor festivalda N.V.Qoqolun “Dəlinin qeydləri” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanı təqdim edib. Tamaşa həm festival təşkilatçıları, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Aktyor festivalda uğurlu çıxışına görə diplomla təltif olunub.

AzNews.az