Bir müddət əvvəl polis tərəfindən saxlanılan Hollivudun qalmaqallı rejissoru və prodüseri Xarvi Vaynşteyn şərti olaraq azad edilib. Bir müddət əvvəl polis tərəfindən saxlanılan Hollivudun qalmaqallı rejissoru və prodüseri Xarvi Vaynşteyn şərti olaraq azad edilib.

Qalmaqallı rejissoru 25 il həbs gözləyir

Bir müddət əvvəl polis tərəfindən saxlanılan Hollivudun qalmaqallı rejissoru və prodüseri Xarvi Vaynşteyn şərti olaraq azad edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Xarvi bunun üçün 1 milyon dollar dəyərində girov qoyub və elektronik qolbağ vasitəsiylə nəzarətdə saxlanılır.

Prokuror Cyrus R. Vance açıqlamasında bildirib ki, rejissordan 80 xanım şikayətçidir. O, 1-ci və 3-cü dərəcəli təcavüzdə ittiham edilir.

Birinci dərəcəli zorlama 2004-cü ildə aktrisa Lucia Evansa qarşı edilib. Lucia rejissorun onu oral seksə məcbur etdiyini bildirib. “Miramax film” studiyanının yaradıcısı olan Vaynşteyn isə iddiaları qəbul etmir.

Xarvi günahkar hesab edilərsə, onu 5 ildən 25 ilədək həbs gözləyir.

AzNews.az

image description image description image description