Azərbaycan rəqsləri Kanada paradında

Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlılar da daxil olmaqla türk xalqlarının nümayəndələri ənənəvi Kanada Günü Paradında iştirak ediblər.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin məlumatına görə, Güney Azərbaycan, habelə Azərbaycan Respublikası, Qazaxstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr "Avro- Asiya Cəmiyyəti" adı altında Kanadada müxtəlif mədəniyyətlər və muxtəlifliyi təmsil edən möhtəşəm parada birgə qatılıblar.

Paradda Güney Azərbaycanlı gənclərdən ibarət "Çiçəklər" rəqs qrupu şəhər mərkəzində həyata keçirilən uzun məsafəli yürüş boyu Azərbaycan rəqslərini ifa edib.

Kanada Günü Azərbaycan türklərinin proqramları Vankuverdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib. Hər il iyulunda qeyd edilən olan Kanada Günü bu ölkənin milli bayramıdır və Kanadanın müxtəlif əyalətlərində şənliklər və möhtəşəm paradlarla qeyd edilir.

Elnarə
AzNews.az