Hadisə Hökməli qəsəbəsində baş verib Hadisə Hökməli qəsəbəsində baş verib

16 yaşlı yeniyetməni öldürən şəxs hakim qarşısında

Hadisə Hökməli qəsəbəsində baş verib

Bakıda qətl törətməkdə təqsirləndirilən 18 yaşlı Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclasının yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Azər
AzNews.az