AİB-nin yeni strategiyası: Azərbaycanda iqtisadi şaxələndirmənin yeni mərhələsi - ŞƏRH

Asiya İnkişaf Bankının ADB 2025-2029-cu illəri əhatə edən yeni Tərəfdaşlıq Strategiyasında Azərbaycanla əməkdaşlıqda bərpa olunan enerji, aqrobiznes, istehsal və logistika sahələrində qarışıq maliyyələşdirmə əsaslı investisiya imkanlarının qiymətləndirilməsi planlaşdırılır. Strategiyada Azərbaycanın dəstəklənməsi planlanan iqtisadi kurs kimi dəyişkən, davamlı və aşağı karbonlu iqtisadi modelin qurulması və ixracın diversifikasiyası prioritet kimi qeyd olunur.

Faktiki olaraq bu tərəfdaşlıq Azərbaycanın iqtisadiyyatın neftdən asılılıqdan ən azı iki istiqamətdə azad etmə strategiyasını təsdiqləyir. Birincisi, yerli kapital bazarının gücləndirilməsi yolu ilə iqtisadi sistemin öz resursları hesabına dayana biləcək səviyyəyə çıxarılması məqsəd qoyulub. Bu, tərəfli kreditlərdə və ya investisiya paketlərində milli valyutanın istifadə payının artması anlamına gələr. Bu yanaşma valyuta risklərini azaldır və milli iqtisadiyyatı bazar səviyyəsində daha davamlı edir.

İkincisi, qeyri-neft sektorunda investisiya axınını şaxələndirməklə iqtisadiyyatı çoxmənbəli edən struktur dəyişikliyi hədəflənir. ADB-nin aqrobiznes, istehsal və logistika sektorlarına diqqət yetirməsi bu sahələrdə lokal istehsalın dəyər zənciri boyunca dərindənləşdirilməsini və şəffaf bazar əlaqələrinin qurulmasını stimullaşdıracaq. Xüsusən ixracda dəyərli malların payının artması və beynəlxalq sertifikatlara çıxış imkanlarının yaranması Azərbaycan üçün real ticarət imkanlarının formalaşması deməkdir.

Qlobal iqtisadi sistemdə yaşıl transformasiya tendensiyaları və dünya ölçəyində bərpa olunan enerjiyə keçidlə Azərbaycanın həm regional, həm də strateji bazarlarda rolunu artırması ehtimalı real qiymətləndirilir. Bu kontekstdə ADB-nin iqlim davamlı infrastruktura investisiyaları təklifi Azərbaycanın Zəngilan, Cəbrayıl, Laçın kimi bərpa olunan enerji zonalarının praktiki inkişaf potensialına dəstək ola bilər.

Azərbaycanın 1999-cu ildən ADB üzvü olduğu bu əlaqələr sistemində bu vaxtadək 5 milyard dollarlıq kredit portfeli formalaşıb. Təxminən 1,7 milyard dolları enerji sektoruna, 1,5 milyard dolları nəqliyyat sektoruna ayrılmaqla struktur infrastrukturun qurulmasındaki payı çoxdur. Yeni strateji dövrdə isə prioritet işlənməmiş, ancaq böyük bazar potensialı olan sektorların mərkəzə çıxarılması ölkənin iqtisadi modellərini qlobal dəyişikliklərlə uzlaşdırmaq imkanı verir.

Nuray,

Aznews.az