- Köhnə - Region
- 1 Dekabr 2013 21:58
- 4 608
Ərbakanın xüsusi mühafizəçisi partiya yoldaşını güllələdi
Ankarada Səadət Partiyasında xüsusi mühafizəçi kimi çalışan, partiyanın baş qərərgahı qarşısında mübahisə etdiyi partiya yoldaşını güllələyib.
Az.News.az yerli mətbuata istinadən xəbər verir ki, Səadət Partiyasının İdarə heyətinin toplantısı ardından partiya üzvləri mərkəzi qərargahın bağçasındakı məsciddə namaz qılıblar. İdarə Heyətinin üzvü, eyni zamanda Fatih Ərbakanın müşaviri və xüsusi qoruması olduğu bildirilən Orhan T, məscidin qarşısında İstanbulda rayonlardan birinin rəhbərliyində təmsil olduğu bildirilən Səbri Ülker ilə mübahisə edib. Mübahisə zamanı Orhan T, Səbri Ülkerin ayaqlarına silahla 5-6 dəfə atəş edib. Yaralanan Ülker Atatürk Təhsil və Araşdırma Xəstəxanasına qaldırılıb.
Polis hadisədən sonra qaçan Orhan T-nin tutulması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.
Elman
Az.News.az