- Rusiya və İran
- 12 May 23:59
- 1 252
Həqiqi sülh təhqir üzərində qurulmur - Qəribabadi
Həqiqi sülh təhqir, hədə-qorxu və qəsb üzərində qurulmur.
AzNews.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi X sosial şəbəkə hesabında yazıb.
"Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa iştirak edən tərəf İranın cavabını rədd edir", - deyə o, Prezident Trampın İranın təklifinə reaksiyasına işarə ilə bildirib.
Qəribabadi əlavə edib ki, əsas problem sülh yox, təhdid və təzyiq vasitəsilə siyasi iradənin qəbul etdirilməsidir:
"İran aydın prinsipləri vurğulayır: Müharibənin daimi dayandırılması və onun təkrarının qarşısının alınması, dəymiş zərərin kompensasiyası, blokadanın aradan qaldırılması, qanunsuz sanksiyaların ləğvi və İranın hüquqlarına hörmət. Bunlar maksimalist tələblər deyil. Bu, qeyri-qanuni güc tətbiqi ilə başlamış böhrana son qoymaq üçün hər hansı ciddi, davamlı və BMT Nizamnaməsinə uyğun sazişin minimumudur".