Yermak ittihamları rədd etdi: “Şübhələr əsassızdır”

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermak ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Yermak Telegram kanalında yazıb ki, onun işi üzrə ilk məhkəmə iclası keçirilib və vəkilləri ilə birlikdə istintaq materiallarını araşdırır. O qeyd edib ki, artıq ilkin tanışlıqdan sonra da şübhələrin hüquqi əsasının olmadığını düşünür.

Keçmiş rəsmisi əlavə edib ki, bütün prosessual addımlara açıqdır və istintaqın siyasi bəyanatlardan, media kampaniyalarından və digər təsir formalarından müstəqil aparılmalı olduğunu vurğulayıb.

Yermak həmçinin Ukraynada qalacağını və vəkillik fəaliyyətini davam etdirəcəyini bildirib.

Mövsüm,

AzNews.az