Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov bu gün yol qəzasına düşüb. Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov bu gün yol qəzasına düşüb.

Baloğlan Əşrəfov qəzadan danışdı: “Maşınım tanınmaz haldadır“

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov bu gün yol qəzasına düşüb.


Hadisə bu gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Müğənni yol qəzasına düşməsinin təfərrüatlarını AzNews.az-a danışıb. Onun sözlərinə görə, "Hyundai" markalı avtomobil qəfildən qarşısına çıxıb. Hadisə nəticəsində müğənninin ayağı sınıb: "Hazırda ayağım gipsdədir. Həkimlər müayinə etdilər. İndi evdəyəm. Vəziyyətim yaxşıdır. Avtomobilim tanınmaz vəziyyətdədir. Amma əsas odur ki, özüm sağ-salamatam".

B.Əşrəfovun sözlərinə görə, qarşı tərəfdən heç kimə ağır xəsarət dəyməyib.

Bahar