Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib.

“Polad Bülbüloğlu YUNESKO-nun Baş direktoru vəzifəsinin öhdəsindən layiqincə gələcək” Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib.

AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi və təşkilin ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyi qeyd edildi. UNESCO ilə ölkəmiz arasında əlaqələrin inkişafında ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rolu yüksək qiymətləndirildi.

UNESCO-nun səfirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumdakı məzmunlu çıxışını və sələndirdiyi fikirlərini təqdir etdilər.

Nazir Elmar Məmmədyarov Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə toxunaraq seçildiyi təqdirdə, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirdi.