Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılması məsələsinə münasibət bildirib. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılması məsələsinə münasibət bildirib.

“ATƏT-in İrəvan ofisi fəaliyyətinə davam edə bilməz”- Araz Əzimov

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılması məsələsinə münasibət bildirib.

AzNews.az "olke.az"-a istinadən xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında ATƏT-in İrəvan ofisinin bağlanılması barədə qurumun hazırkı sədri tərəfindən qərar verildiyini söyləyib:

“Bu qərar ondan irəli gəlir ki, Ermənistan ona verilən təklifə razı olmayıb. Təkliflər Azərbaycanın legitim narahatlıqlarına əsaslanırdı. Biz ATƏT tərəfindən müyyən zəmanət tələb etmişdik ki, İrəvandakı ofis öz fəaliyyətini yalnız Ermənistanın sərhədləri daxilində həyata keçirsin və Azərbaycanın işğal edilmiş ərazilərinə sirayət etməsin”.

Nazir müavi deyib ki, təkliflərdən biri də İrəvan ofisinin fəaliyyətində heç bir istiqamətdə və sahədə Ermənistanın Azərbaycanla münaqişəsi məsələsinə, onun həlli istiqamətində görülən işlərə və siyasi , hərbi, humanitar aspektlərinə toxunulmaması ilə bağlı olub:

“Bu iki məsələ qaldırıldı və Avstriya sədrliyi müəyyən dəyişikliklər edərək təkliflər irəli sürdü, Ermənstan isə razılıq vermədi. ATƏT və üzv dövlətlər narahatlıqlarımızı qəbul etdi ki, İrəvan ofis fəaliyyətinə davam edə bilməz. Artıq onun bağlanma proses başlayıb və 3 ay ərzində proses başa çatmalıdır”.