Böyük Britaniyada keçirilən parlamet seçkilərində hakim partiyanın mandat itirməsi ölkənin Avropa Birliyindən çıxması prosesini dayandıra bilər. Böyük Britaniyada keçirilən parlamet seçkilərində hakim partiyanın mandat itirməsi ölkənin Avropa Birliyindən çıxması prosesini dayandıra bilər.

Mühafizəkarların mandat itirməsi “Brexit” perspektivinə kölgə saldı

Böyük Britaniyada keçirilən parlamet seçkilərində hakim partiyanın mandat itirməsi ölkənin Avropa Birliyindən çıxması prosesini dayandıra bilər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamentinin sədri Antonio Tayani bildirib ki, Britaniya xalqı sonuncu parlament seçimi ilə onu göstərdi ki, onlar prosesin davam etdirilməsindən imtina edirlər.

Böyük Britaniya xalqı 2016-cı il 23 iyun tarixində keçirilən referendum ilə Avropa Birliyini tərk etməyə səs verib. Böyük Britaniya hökuməti “Brexit” prosesini 2019-cu il 29 mart tarixinə qədər başa vurmalıdır.

Lakin prosesi dəstəkləyən Mühafizəkarlar Partiyasının parlament seçkilərində majoritar üstünlüyə nail ola bilməməsi vəziyyəti kökündən dəyişə bilər.

“London Avropa ilə əlaqələrin tamamilə dayandırılmasından müsbət nəticə əldə etməyəcəyini anlamağa başlayır. Ola bilsin ki, referendumda britaniyalılar “Brexit”in nə olduğunu yaxşı dərk etməyiblər. Ona görə də indi özləri özlərinə hesab verirlər”- deyə Tayani bildirib.

Bəxtiyar Abbasov

AzNews.az