İlk baxışda, Minsk Qrupunun həmsədrlik institutunda dünyanın ən aparıcı dövlətləri təmsil olunub: ABŞ, Rusiya və Fransa. Rusiya ilə ABŞ-ın hansı qüdrət sahibi olması hamıya bəllidir. Fransa da elə-belə dövlət deyil – BMT TŞ-nın daimi üzvü olması bir tərəfə, hərbi cəhətdən də Avropanın ən qüdrətli dövlətlərindəndir. Bununla belə, bəzən bəndənizə elə gəlir ki, dünyada bizim Minsk Qrupunun həmsədrlik institutundan mənasız, dəyərsiz ikinci diplomatik format tapmaq çətindir... İlk baxışda, Minsk Qrupunun həmsədrlik institutunda dünyanın ən aparıcı dövlətləri təmsil olunub: ABŞ, Rusiya və Fransa. Rusiya ilə ABŞ-ın hansı qüdrət sahibi olması hamıya bəllidir. Fransa da elə-belə dövlət deyil – BMT TŞ-nın daimi üzvü olması bir tərəfə, hərbi cəhətdən də Avropanın ən qüdrətli dövlətlərindəndir. Bununla belə, bəzən bəndənizə elə gəlir ki, dünyada bizim Minsk Qrupunun həmsədrlik institutundan mənasız, dəyərsiz ikinci diplomatik format tapmaq çətindir...

Həmsədrlər separatçıları yenidən kəşf edibmi?

İlk baxışda, Minsk Qrupunun həmsədrlik institutunda dünyanın ən aparıcı dövlətləri təmsil olunub: ABŞ, Rusiya və Fransa. Rusiya ilə ABŞ-ın hansı qüdrət sahibi olması hamıya bəllidir. Fransa da elə-belə dövlət deyil – BMT TŞ-nın daimi üzvü olması bir tərəfə, hərbi cəhətdən də Avropanın ən qüdrətli dövlətlərindəndir. Bununla belə, bəzən bəndənizə elə gəlir ki, dünyada bizim Minsk Qrupunun həmsədrlik institutundan mənasız, dəyərsiz ikinci diplomatik format tapmaq çətindir...

Neçə illərin yazarı kimi dəqiq bilirəm ki, yetər, hansısa bir yazının başlığında “Minsk Qrupu” sözləri olsun. Onu Azərbaycanda ya heç kim oxumayacaq, yaxud da çox az, yalnız bu formatda nələrin baş verdiyinin kursunda olmağa çalışan adamlar oxuyacaqlar.

İnsanlarımızın bu quruma sayğısızlığının səbəbləri aydındır və bizim də hamıya bəlli olan detalları təkrarən çək-çevir etmək fikrimiz yoxdur.

Burada bir məsələnin üstündə dayanmaq istəyirik. Sanki son vaxtlarda həmsədr ölkələr Qarabağ separatçılarını yenidən “kəşf edib”. Qısa müddət öncə ABŞ Konqresi B.Saakyanı dinləməyə çağırdı. Ötən gün eşitdik ki, separatçıların daha bir dəstəsi də Parisdə peyda olubdur...

Əslində bu, yeni hadisə deyil. Hər il Qarabağ separatçıları ABŞ-a və Fransaya dilənməyə və bir də ağlamağa yollanır və hər il də rəsmi Bakı bununla bağlı etirazlarını bildirir. Cavabında isə eşidir ki, separatçı ermənilər guya bu ölkələrə fərdi qaydada səfər ediblər, onların səfərləri siyasi və diplomatik xarakter daşımayıbdır...

Amma belədirmi?

Düşünürük ki, heç də yox. Məsələ bundadır ki, otuz ilə yaxın müddət keçməsinə baxmayaraq, böyük dövlətlər, o cümlədən də Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ probleminə baxışda özlərinin hüquqi-siyasi platformalarını müəyyən etməyib. Əslində BMT TŞ-nın qəbul etdiyi dörd qətnamə bu platformanın əsası ola bilərdi. Amma həmsədrlər sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dilə gətirsələr də, reallıqda tamam başqa cür davranırlar.

Məsələn, diqqətli və Qarabağ konteksindəki prosesləri ciddi şəkidlə izləyən oxucu yəqin, xatırlayar ki, bir neçə il bundan əvvəl BMT-dəki səsvermə zamanı həmsədrlərin heç biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi.

Məhz bunun nəticəsi deyilmi ki, ermənilər hələ də problemin həllinin “paket variantı”nda israr edirlər? Məhz bunun nəticəsi deyildirmi ki, onlar hələ də Dağlıq Qarabağa müstəqillik tələb edirlər?

Həmsədrlər problemin həllinin əsas hüquqi və ya siyasi oriyentirlərini birdəfəlik müəyyən etsəydilər və erməniləri fakt qarşısında qoysaydılar, İrəvan geri çəkilməyə məcbur olmazdımı?

Yox, onlar bunu etmirlər. Neçə illərdir ki, Qarabağı özləri üçün geosiyasi teatra çeviriblər. Bəli, demək olar ki, digər oxşar problemlər də - Abxaziya və Cənubi Osetiya, Dnestr və Ukrayna problemləri də həll olunmamış qalıb! Düzdür, amma həmin problemlərin hər birinə Qərbin və o cümlədən də ABŞ-ın münasibəti daha birmənalıdır: onlar, necə deyərlər, açıq mətnlə Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Azərbaycana gəldikdə isə nədənsə, “nala-mıxa” vururlar...

Bilirsiniz, biz Qərb dəyərlərinə böyük önəm verən insanlarıq və hesab edirik ki, Azərbaycanın tərəqqisi Qərblə ciddi əməkdaşlıqdan keçir. Gəl, baxıb görürsən ki, Qərbin də, elə ABŞ-ın da Azərbaycana münasibətində səmimiyyət yoxdur, əksinə, məkr və qərəz var.

Bunun əsl motivləri bizə bəlli deyil. Bəli, demək olar ki, burada Qərbdəki erməni lobbisi, eləcə də dini və etnik faktorlar çox mühüm rol oynayır.

Amma elə məqamlar olur ki, həmin Qərb sadaladığımız bütün faktorları bir tərəfə qoyub, özünün geosiyasi orientirlərini önə çəkir.

Hətta onu da anlayırıq ki, geosiyasi orientirlərin təməlində belə, bəzən çox məkrli prinsiplər dayanır. Burada illər öncə bir amerikalı diplomatla baş vermiş “polemika”mızı xatırlayırıq. Onun çıxışından sonra qayıtdım ki, axı bu, “ikili standart”lar yanaşmasıdır! Nə cavab versə yaxşıdır? Dedi ki, bizim məsələlərə yanaşmamızda nəinki iki, hətta üç, dörd və daha artıq “standart” olur!..

O vaxtdan hər dəfə Qarabağ mövzusunda yazanda bu sözləri xatırlayıram və görürəm ki, regional və etnik münaqişələrdə ən axırıncı yada düşən və heç kimi maraqlandırmayan məhz beynəlxalq hüquq və bir də ədalət prinsipləridir.

Hansı hüquqdan danışmaq olar ki, bunlar Krımın ilhaqını, ya da Abxaziyanın və Osetiyanın tanınmasını pisləyir, o biri tərəfdən durub Kosovanın müstəqilliyinə dəstək verirlər? Hansı prinsiplərdən danışmaq olar ki, BMT-nin indiyədək qəbul etdiyi bütün sənədlərə rəğmən Qüdsü bütövlüklə İsrailin paytaxtı elan edirlər?

Eyni sözləri Rusiya haqqında da demək olar. Məsələn, kimsə üçün sirdirmi ki, sovet məkanındakı bütün münaqişələrin arxasında Rusiyanın özü dayanır və bizsə Krımı, Abxaziyanı və Osetiyanı ilhaq edən Kremlin Dağlıq Qarabağ məsələsində bizə dəstək verəcəyini düşünürük...

Ona görə də ilk növbədə güclü olmağa çalışmalıyıq. İqtisadi və hərbi gücümüzü artırmalı, dostlarımızın və müttəfiqlərimizin sayını durmadan çoxaltmalıyıq. Yalnız bu yolla böyük gücləri haqqımızı tanımağa, etiraf etməyə vadar edə bilərik.

Başqa yol görünmür...

Hüseynbala Səlimov
AzNews.az