- Dünyanın halı
- 19:39
- 1 277
Yaponiyanın ilk qadın baş naziri olan Takaiçi and içib

Yaponiya öz tarixində bir ilkin şahidi olur.
Takaiçi Sanae Yaponiyanın yeni baş naziri seçildi.
Ölkənin tarixdə ilk qadın baş naziri olan Takaiçi bu gün rəsmən and içib.
Kyodo xəbər agentliyinin məlumatına görə, Tokioda İmperator sarayında hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Takaiçi üçün mərasim keçirilib.
Mərasimdə Takaiçi imperator Naruhitonun iştirakı ilə and içərək ölkənin ilk qadın baş naziri kimi rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Baş nazirliyin baş katibi Minoru Kihara kabinet üzvlərini açıqlayıb.
Müvafiq olaraq, LDP millət vəkili Satsuki Katayama Yaponiyanın ilk qadın maliyyə naziri oldu, Kimi Onoda isə iqtisadi təhlükəsizlik naziri təyin edildi.
Yaponiyanın ABŞ ilə tarif danışıqlarına rəhbərlik edən Ryosei Akazava ticarət naziri, Şinjiro Koizumi müdafiə naziri, Toşimitsu Moteqi isə xarici işlər naziri vəzifələrində çalışacaq.
Mövsüm,
AzNews.az