Elmar Məmmədyarov da etiraz aksiyasından danışdı

"Bakıda sonuncu etiraz aksiyası qeyri-qanuni keçirildiyi üçün onun qarşısı alınıb". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannyerlə keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır: "Əvvəllər aksiyalar təyin olunmuş yerlərdə aksiyalar keçirilirdi və qanun çərçivəsində olan aksiyalara hər hansı müdaxilə edilməyib. Qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun çərçivəsində öz tədbirlərini görəcək".

E. Məmmədyarov ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda "Facebook inqilabı" təşkil etməsi ilə bağlı iddialara da münasibət bildirib. O deyib ki, bu məsələ araşdırılır və hər hansı nəticə olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək.

AzNews.az